KepezTV Player
Paytaxtın Səməd Vurğun küçəsində 83 nömrəli marşut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşurut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. Polislər avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi və Azadlıq prospektinin kəsişməsində saxlamağa nail olublar. Avtobus sürücüsü Təbib Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib.
- Baxış: 630