Yaz mövsümünün gəlişi ilə rayonlarda suvarma suyuna olan təlabat da artıb. Artıq qərb bölgəsinin ən böyük aqrar rayonlarından olan Şəmkirdə suvarma suyu ilə bağlı problemlər yenidən gündəmə gəlib. Könüllü kəndinin sakinlərindən ilk belə məsələ qaldırılıb. Lakin yaranan çətinliklərin vaxtında aradan qaldırılması da diqqət mərkəzindədir. Aidiyyatı struktur rəhbərlərinin iştirakı ilə baş tutan toplantı belə deməyə əsas verir.
Şəmkirin Könüllü kəndində sakinlərlə sudan istifadə edən birliklərinin nümayədələri arasında bu kimi mübahisələr adət halını alıb. Sakinlər əkin sahələrini normal su ilə təchiz edə bilmədiklərini, cavabdeh şəxslər isə suyun növbəlik əsasında verildiyini deyir.
Su ilə bağlı hər il yaşanan çətinlik kənddə əkin sahələrinin azaltmasına səbəb olub.
Camal İsmayılov – sakin: Mənim 8 hektar sahəm var. Onun 2 hektarını arpa etmişəm. 4 hektar yonca bir hektar meyvə bağlarıdır. 1 hektarı isə susuzluqdan boş qalıb. Oktyabrın axırından noyabrın əvvəlindən arpanı əkmişəm bu günədək 27-si mart 2019 cu il tarxidir hələ şüm suyu suvarılmayıb.
Beymar Mahmudov – sakin: Ümumi 6 hektar əkin sahəm var. 2 hektar yonca 4 hektar arpadır. Onun da heç birini suvara bilmirik.
Susuzluq Şəmkirçay su anbarında aparılan təmirlə əlaqələlidir. Könüllüdə sudan istifadə edənlər birliyinin rəsmisi belə deyir.
Elxan Bağırov - Könüllü kənd sakini: Sudan İstifadə Edənlər Birliyinin icraçı direktoru Təmirlə əlaqəli olub iki ay kanal təmirə dayanıb. İnid şükür allaha gölə su girir bizə də su veriblərlər suladırıq. Bu saat hla-hazırda mən ancaq yonca toxumu arpa taxıl birdə şəkər çuğundurunun yerini suladıram.
Sözügedən məsələ ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətində faəlların iştirakı ilə baş tutan toplantıda rayonun bütün yaşayış məntəqələrində vəziyyətin tez bir zamanda aradan qaldırılması tapşırılıb. Qərara alınıb ki, 40 min hektardan artıq əkinə yararlı torpaq sahəsi olan rayonda təsərrüfatların vaxtında və normal su ilə təchizatı nəzarətə götürülüsün. Xüsusi ilə yerlərdə əhali tərəfindən seçki yolu ilə yaradılan su birlikləri öz işlərini növbəlilik prinsiplərinə uyğun qursun. Nəzarəti isə bələdiyyə və icra nümayədəlikləri həyata keçirəcək.
Natiq Hüseyn
- Baxış: 794