• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 27.03.2019 11:02

Pilotsuz elektrikli Seat kvadrosikli debüt etdi

Seat şirkəti Minimó adlı elektrikli kvadrosikl sərgiləyib. Yenilik karşerinq operatorları üçün nəzərdə tutulub və çıxarıla bilən akkumlyator blokuna sahibdir. Pilotsuz Minimonun şəhərdə olan tıxac, parketmə və ekoloji problemlərə cavab olacağı deyilir. Kvadrsikl cəmi 2,5 metrdir uzunluqdadır, eni isə 1,24 metrə çatır. Elektrokar adi subkompakt heçbekin demək olar ki, yarısı ölçüsündədir. Seat Minimó motosiklet kimi bir fara ilə təmin olunub. Arxa fənələrlərin dizaynı isə aeronavtikadan mənimsənilib. Qapılar asimmetrikdir və ətrafda çox yer tutmasın deyə yuxarıya açılır. Birdəfəlik enerji yükləməklə təxminən 100 kilometr məsafə qət etmək olar. Batareyanı bir neçə saniyəyə dəyişmək imkanı var. Minimónun salonunda bir-birinin ardınca sürücü və bir sərnişin yerləşir. Baqaj üçün kiçik yer ayrılıb. Kvadrosiklin qapısını açmaq üçün rəqəmsal açardan istifadə olunur. Elektrokar 4-cü səviyyəli avtonom idarəetmə sistemilə şütüyür. Bu o deməkdir ki, sitikar əvəzləyicisi pilotsuzlar üçün ayrılmış xüsusi yerdə sərbəst hərəkət edə bilir. Minimó, 5G Barcelona proqramı çərçivəsində hazırlanıb. Onun kütləvi istehsalı barədə hələlik məlumat verilmir.