• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 25.03.2019 17:38

Müasir dövrdə insanı ən çox yoran nədir?

KepezTV Player

Çox vaxt heç bir fiziki işlə məşğul olmayan insanlarda yorğunluq hissi tez-tez müşahidə edilir. Söhbət zehni yorğunluqdan gedir. Bu gün bunun səbəblərini araşdırırıq. Görəsən, müasir dövrdə insanı ən çox yoran nədir?

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə həddindən çox vaxt keçirmək həm fiziki, həm də zehni yorğunluğa gətirib çıxarır. Biz öz müsbət enerjimizi itirir, mənfi yüklənirik. Belə olan halda isə bu yorğunluq hissi daha da artır. Bəs görəsən, zehni yorğunluğu necə aradan qaldırmaq olar ?

Zehni yorğunluqdan qurtulmağın ən yaxşı yolu, qayğılarla, problemlərlə həddən artıq yüklənən beynimizdən bu yükü azaltmaqdır. Bəzən problemlərin həlli yolu - onlar barədə düşünməmək olur. Heç olmasa müvəqqəti...