“Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Yerli qurumların elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə təşkil edilən növbətçilik üzərində nəzarət gücləndirilib. “Azərişıq”-n mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əhlinin tam əmin edir ki, bayram günlərində elektrik enerjisinin verilməsi ilə bağlı fasilələr yaranmayacaq.
Tanrıverdi Mustafayev - “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri: O cümlədən novrusz bayramı tədbirləri keçirilən yerlərdə elektrik enerjisi təchizatını tam dayanıqlı təmin olunması istiqamətində əsaslı təmir işləri, yenidənqurma prosesi tam dayandırılıbdır. İstirahət günlərində şəbəkələrə əlavə əməkdaşlarımız cəlb olunubdur. 24 saatlıq növbətçilik davam etdirilir”
Azəriqaz”dan da oxşar açıqlama verilib. Martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək qaz təsərrüfatı işçiləri bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsini təmin etməyə çalışacaq. Eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilib.
İbrahim Kərbalayev - "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri: “Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur. Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndirilib. Bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edirəm.”
“Azərsu” ASC də Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görülüb.
- Baxış: 602