Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərməsini son illər ərzində görülmüş işlərə verilən qiymət və prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Azərbaycan xalqına Novruz bayramı münasibəti ilə videomüraciətində prezident İlham Əliyev ötən bayramdan keçən 1 il ərzində ölkənin ictimai-siyasi həyatında baş verənlərin təhlilini aparıb, sosial sahədə, insanların rifahının yaxşılaşdırılması məqsədilə atılan addımları şərh edib. İslahatların yeni mərhələsinə başlanıldığını xatırladan dövlət başçısı Azərbaycanın yeni dövrə qədəm qoyduğunu, dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurulduğunu bildirib. Islahatların iqtisadi imkanları artırdığını və bunun ordu quruculuğunda da biruzə verdiyinə toxunan prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını söyləyib.
- Baxış: 368