KepezTV Player
Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək. Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq, bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsindən 36 milyon manat vəsait ayrıldığı halda bu il dərmanların alınmasına 44 milyon manat sərf ediləcək. Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına daimi dərman və özününəzarət vasitəsilə təmin edilib.
- Baxış: 686