• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 20.03.2019 12:09

Ötən il 1286 minik avtomobili istehsal edilib

KepezTV Player

Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib. Ötən il Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobili istehsal edilib. Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tulantıları daşıyan maşın istehsal edilib.