Novruz bayramı Şəmkirdə yaşayan 54 ailə üçün ikqat əlamətdar olub. Çünki sözügedən ailələr bayramı yeni mənzillərdə qeyd edəcəklər. İllərdir qəzalı binada yaşayan sakinlər yeni mənzillərin verilməsini sevinc hissi ilə qarşılayıblar.
Məsmə Həşimova sakin: Bizim yaşadığmız bina çox bərbad gündə idi. Yaşaya bilmirdik çox çətinlik çəkirdik. Bu gün çox sevinirik. Novruz bayramında bizə ən böyük hədiyyə oldu.
Şəmkir şəhəri Səməd Vurğun küçəsinin sakinlərin yaşadıqları əvvəlki binanın 100-dən çox yaşı olub. İstismar müddətini illər əvvəl başa vuran tikili son illər tam qəzalı vəziyytə dusub. Bu səbəbdəndə vətəndaşlar müxətlif çətinliklərlə qarşılamalı olublar. Ölkə prezidentinin sərəncamı ilə rayonda 54 mənzilli yaşayış binasının inşa edilməsi ilə sakinlərin mənzil məişət şəraiti tamam dəyişib.
Yaşar Məmmədov sakin: Bu bayram ərəfəsində hamımız arzu edirdik ki, yeni bina istifadəyə verilsin. Cənab prezident elə bil bizim səsimizi eşitdi və vaxtında tapşırıq verdi. Biz yeni evlərə köçürüldük. Bizim üçün demək olar ki, ikiqat bayram oldu. Biz bu gün bayramı yeni evimizdə keçirəcəyik.
Yeni mənzillərin xalqımızın ən əziz bayramı ərəfəsində verilməsi sevinc hissini ikiqat artırıb. Təşkil olunan açılış mərasimində çıxış edənlər Şəmkirdə sakinləri mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işləri təqdirəlayiq hal kimi dəyərələndirib. Təkcə rayon mərkəzində deyil kənd və qəsəbələrdə də çoxmənzilli binaların təmir edildiyi, dam örtüklərinin yeniləndiyi, su və kanalizasiya xəttlərinin dəyişdirildiyi vurğulanıb. Bu istiqamətdə layihələrin cari ildə də davam etdiirləcəyi diqqətə çatdırılıb. Rəsmi hissədən sonra evlərin açaraları sahiblərinə təqdim olunub. 54 mənzilli yaşayış binasında 8 mənzil 1, 28 mənzil 2, 16 mənzil 3 digər 3 mənzil isə 4 otaqlıdır. Bina tam olaraq kommunal xidmətlərlə təchiz edilib. Mənzillərə qaz və işıq sayğacları quraşdırılıb. Mənzillərdə yaradılan şəraitlə tanış olan rayon rəhbərliyi şəraiti yüksək qiymətləndirilib.
Natiq Hüseyn
- Baxış: 797