• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 19.03.2019 12:38

Gəncədə məşqçi-müəllimlərə D kateqoriyası verilib

KepezTV Player

İdman və orta məktəblərdə çalışan məşqçi-müəllimlərin ayrı-ayrı idman növləri üzrə bilik və bacarığının artırılması istiqamətində müəyyən təlimlər həyata keçirilir. Belə kurslardan biri Gəncədə baş tutub.

Gəncədə fəaliyyət göstərən təhsil ocaqlarında işləyən bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu təşkil edilib. Təlimlər AFFA və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə reallaşıb. 3 gün davam edən kursda həm nəzəri, həm də praktiki məşğələlər keçirilib. 54 müəllimin iştirak etdiyi seminar zamanı yerli və əcnəbi mütəxəssislər öz təcrübəsini bölüşüb, Gəncənin bəzi məktəblərində həyata keçirilən “Məktəblərdə futbol dərsi” layihəsi ilə tanış olublar. Təlimlərdə fərqlənən müəllimlərə diplomlar təqdim edilib. Gələcəkdə bu layihənin digər şəhər və rayonlarda həyata keçirilməsi nəzərdə tutulub.

 

Orxan Cəfərzadə