KepezTV Player
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində şəhid ailələri ilə yaşadıqları ünvanlarda görüşüb, onları təbrik edib. Ermənistanla ön cəbhədə yerləşən Tovuzda 300-ə yaxın şəhid ailəsinin yaşadığı, şəhidlərimizin ən böyük amalının torpaqlarımızın işğaldan azad edilməsi olduğu, bu amal uğrunda döyüşlərə qatıldıqları xüsusi vurğulanıb. Görüş iştirakçıları bu gözəl bayramlarımızı işğaldan azad edəcəyimiz torpaqlarda qeyd edəcəyimiz günün uzaqda olmadığına əminlik ifadə ediblər. Sonra şəhid ailələlərinə bayram hədiyyələri təqdim edilib. Görüşdə ailələrin qayğı və problemləri dinlənilib. Bəzi məsələlərin həlli istiqamətində lazımi dəstək göstəriləcəyi vurğulanıb.
- Baxış: 655