KepezTV Player
Novruz bayramı münasibəti ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu, Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə “Novruz bayramında Azərbaycan-Türkiyə Xalq Rəqslərinin Nümayişi” olub. Tədbirdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin 13 nəfərlik kollektivi və Fikrət Əmirov adına Rəqs Ansamblının üzvləri eyni səhnəni paylaşaraq iki ölkənin mədəni əlaqələrinin daha da güclənməsinə öz töhfələrini veriblər. Azərbaycan və Türkiyə rəqqaslarının təqdim etdikləri zəngin repertuar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
- Baxış: 400