• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 18.03.2019 16:02

Gəncədə Novruz bayramı böyük çoşqu ilə qeyd edilib

KepezTV Player

Gəncənin heydər Əliyev park kompleksi bu gün bayram ab-havalı olub. Milli adət-ənənələr, el şənlikləri, sənətkarların əl işləri, mətbəx nümunələri, idmançıların nümunəvi çıxışları və daha nələr, nələr. Çatılan tonqal, kosa və keçəlin məzəli çıxışları. Yəqin söhbətin nədən gedəcəyi aydın oldu. Sujetdə daha ətraflı.

Şəhər ictiamyyətinin nümasyəndələri və qonaqlar Novruz bayramını Heydər Əliyev park kompleksində böyük təntənə ilə qeyd ediblər. Qonaqları Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxanın obrazları qarşıladı. Bayram tonqalı alovlandı, Dəqə Qorqudun və Bahar qızın arzuları, istəkləri səsələndi. Xalqımızın ən qədim və milli bayramı sayılan Novruz xeyirhaqlıq, həmrəylik, dostluq, birlik, bərəkət rəmzi olaraq əsrlərdən bəri süzülüb gəlib. Bu məqsədlə Novruz dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən ən əziz gün kimi qeyd olunur.

Zeki Öztürk - Türkiyənin Gəncədəki baş konsulu: Bu gün burada Azərbaycanlı qardaşlarımızla Novruz bayramının qeyd olunmasını bir yerdə qarşılayırıq. Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Ümid edirəm ki, bu bayram xalqlar arasında sıx olan münasibətləri daha da yaxınlaşdıracaqdır.

Mamuka Balavadze - Gürcüstanın Gəncədəki baş konsulu: Bu gün Gəncədə Novruz bayramı böyük sevgi ilə keçirilir. Bu münasibətlə bütün Gəncəliləri və Azərbaycan xalqını təbrik edirəm. Bahar bayramında ən xoş arzularımı diləyirəm.

Asif Cavadov - şəhər sakini: Arzumuz budur ki, növbəti bayramlarmızı işğal olunmuş ərazilərdə keçirəcəyik. Mən fürsətdən istifadə edib xalqımızı Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Bayram şənliyində Novruz atributları, xalq tətbiqi sənəd nümunələri, rəssamların əl işləri, milli mətbəximizin nümunələri, şirniyyatlar, idmançıların nümunəvi çıxışları, teatr kollektivlərinin təqdim etdiyi səhnəçiklər, keçəllə kosanın şən zarafatları bayram ovqatını daha da yüksəldib, şəhər sakinlərində və qonaqlarda xoş təəssurat yaratdı.

 

Xaliq Qurbanlı