Şəmkirdə yarmarka bu həftə Bak-Qazax magistralının Şəmkirin Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində təşkil edilib. Sakinlərin rayon mərkəzindən və ətraf kəndlərdən yarmarkaya rahat gediş-gəlişini təmin etmək məqsədilə pulsuz avtobuslar da ayrılıb. Bazarlarla müqayisədə, burada satışa çıxarılan məhsulların qiymətinin ucuz olması sakinlərin ürəyindən xəbər verib.
Şəlalə Hüseynova alıcı: Qiymətlər sərfəlidir çox yaxşıdır. Belə bazarlar tez-tez təşkil olunsa yaxşı olar. Portağal, ət və digər azuqələrdən aldım. Hamısı sərfəli qiymətədir.
Yarmarkada satılan məhsulların sanitar-gigiyenik tələblərə cavab verməsi məsələsi Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Qida Təhlükəsziliyi Agentliyi mütəxəssislərinin diqqətindədir. Nümunəvi səliqə-sahman, fermerlərə, sahibkarlara, eyni zamanda, buraya bazarlıq etməyə gələn sakinlərə əlverişli şəraitin yaradılmasına xüsusi komissiya nəzarət edir.
Elxan Əliyev alıcı:“Gözəldir hər şey bazar qiymətindən aşağıdır. Buda bizə ruh yüksəkliyi verir. Allahdan arzu edriəm hər il belə bayramlar təşkil olunsun. Bizdə bazarlıq edib şadlanaq”.
Alış-veriş məkanında mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi yarmarka ərazisinin təmiz saxlanılması, qiymətlərin süni artımına yol verilməməsi, eləcə də digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verib. Novruz bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədi daşıyan yarmarkalar Şəmkirdə martın 16-dan 20-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
- Baxış: 917