• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 15.03.2019 22:50

Məsciddə 49 müsəlmanın qətlə yetirilməsi anı

KepezTV Player

Yeni Zelandiyada 49 nəfərin ölümü, 48 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib. Hadisəni törədənin Şotlandiya əsilli Avstraliya vətəndaşı, 28 yaşlı Brenton Tarrant olduğu məlum olub. O,  canlı yayımı qoşaraq Kraystçerç şəhərində Əl-Nur və Lindvud məscidlərinə hücum anını lentə alıb. Görüntülər sosial şəbəkədə yayılıb. Brenton terrakt zamanı beş ədəd silahdan istifadə edib. Polis tərəfindən hadisə yerinə baxış keçirilən zaman silahların üzərində dünyanın müxtəlif ölkələrində müsəlmalara qarşı hücum həyata keçirən şəxslərin adlarının qeyd olunduğu müəyyənləşib. Silahların daraqları üzərində erməni dilində “Sarıqamış döyüşü” ifadəsi də yer alıb.Brenton Tarrant hadisədən əvvəl silahın və daraqların fotolarını özünün “Twitter” səhifəsində paylaşıb. O,hazırda axtarışdadır. Hadisədə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.