• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 15.03.2019 12:03

Bölgə məktəbliləri də “Ölkəmizi tanıyaq” layihəsinə qoşulub

KepezTV Player

Bölgə məktəbliləri də “Ölkəmizi tanıyaq” layihəsinə qoşulub

Tədrisdə göstəriciləri yüksək olan yuxarı sinif şagirdlrəinin tanışlığı ölkənin şimal-qərb regionu ilə olacaq.

Şəmkir məktəbliləri ulu öndər Heydər Əliyevə öz hermət və ehtiranlarını nümayiş etdirdikdən sonra təşkil edilən mərasimlə yola salınıb. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışılıb, 4 gün ərzində reallaşdırılacaq növbəti mərhələnin Qəbələ, Şəki və Zaqatalaya səyahətə həsr edildiyi xatırladılıb. Bu müddət ərzində rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini daha yaxından öyrənmək imkanı əldə edən şagirdlər bölgədəki abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionun sosial-iqtisadi inkişafı ilə daha yaxından tanış olacaqlar.

Günay Hüseynova - tur-aksiya iştirakçısı: İlk dəfədir ölkəmizi tanıya qtur aksiyasında iştirak edirəm. Çox sevincliyəm. Məktəbimizin uşaqları daim bu layihədə iştirak edirlər. Məndə çox arzu edirdim ki bu turun iştirakçısı olum. Bu günləri mənə qismət oldu. İnşallah Şəki-Qəbələ rayonlarımızı görüb orada gördüklərimizi öz sinif yoldaşlarımıza çatdırmağa çalışacam.

Kənan Səfərli - tur-aksiya iştirakçısı: Mənim üçün çox sevincli haldır. İlk dəfədir mən oraları gedib görəcəm. Mən dostlarıma tanışlarıma bu haqda danışacam. İnşallah gələn il başqa bu uşaqlar gedib o yerləri gəzib gələr.

Ölkəmizin bğlgələrini daha yaxından tanımaq üçün Samux rayonundan olan 40 nəfər IX-XI sinif şagirdi də 5 bələdçi-müəllimin müşayiəti ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yola salınıb. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şagirdlərə turun məqsədi, səfərlərin xoş və mənalı keçməsi üşün vacib olan məqamlar izah edilib. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası yeniyetmə-gənclərə dövlət qayğısının təzahürü kimi dəyərləndirilib. Regionlarla tanışlığın məktəblilərin dünyagörüşünü zənginləşdirməyə, vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. Qəbələ, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, gəzməli-görməli yerlərlə tanışlıqla yanaşı müasir inkişaf səviyyəsini görmək imkanı da yaranır.

Mahmud Qurbanov - tur-aksiya iştirakçısı: Mən ölkəmizi tanıya qlayihəsində ilk dəfədir iştirak edirəm. Bizim bu dəfə ki səfərimiz Qəbələ rayonu və onun yaxınlığındakı digər rayonlar olacaq. Biz bu gəzinti sahəsində müxtəlif tarixi abidələr və oranın müxtəlif adət ənənələrini öyrənəcəyik.

Aysu Həsrətova - tur-aksiya iştirakçısı: Bu layihənin iştirakçılarından biri də mənəm. Bu layihəni çox müsbət qiymətləndirirəm. Çünki uşaqlar kitablarda gördüklərini bu layihə sahəsində canlı görəcəklər. Burada tarixi abidələrlə tanış olacaqlar. Eyni zamanda meşələri qoruqları və bir çox yerləri canlı olaraq görəcəyik. Bu nun üçün də bu layihənin bütün rəhbərlərinə təşəkkür edirik.

Göygöl məktəbliləri də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Səfərin bölgədə gedən sosial-iqtisadi inkişaf, turizm potensialı və tarixi məkanları ziyarət baxımından əhəmiyyəti vurğulanıb. Maarifləndirici tur-aksiyanın rayonların multikultural dəyərləri, oarada yaşayan xalqların yaşam tərzi, məxsusi mətbəxi, adət-ənənələri ilə yaxından məlumat əldə etmək baxımından əhəmiyyəti qeyd edilib. Şagirdlər eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılığın inkişafı ilə də maraqlanmaq imkanı qazanacaq. Rəsmi mərasimlərin ardindan məktəblilər xüsusi ayrılan avtbuslarla səfərə yola düşüblər.