• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 15.03.2019 12:01

40 şagird 4 günə 4 rayonu gəzəcək

KepezTV Player

Novruz bayramı münasibətilə yaranan qeyri-iş günlərindən maksimum faydalanmaq məqsədilə məktəblilərin bölgələrlə tanışlığı təşkil edilib. “Ölkəmizi tanıyaq” marifləndirici tur aksiyası çərçivəsində Gəncə məktəbliləri Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonlarını barədə daha müfəssəl məlumatlanacaqlar.

Nurvin Məmmədov - şagird: Mənim uşaqlıq arzularımdan biri olmuşdur ki, Azərbaycanın Şəki, Zaqatala, İsmayıllı bölgələrini görüm. Oranın mədəniyyəti, tarixi və coğrafiyası ilə tanış olum. Mənim həm də arzularımdan biridə oranın insanları ilə tanış olum, orda dostlar əldə edim. Və bu fürsəti səmərəli istifadə edim.

Ələviyyə Oruczadə - şagird: Bu layihədə ilk dəfədir ki, iştirak edirəm. Bu haqda həmişə televizorda görmüşəm. Mən də hərzaman bu layihədə iştirak etmək istəmişəm. Bu gün artıq ki, arzuma çatıram.

Ziyad Abbasov - şagird : Bizdən qabaq burada iştirak edən uşaqlara mən baxırdım və məndə orada iştirak eləmək istiyirdim. Çox həyacanlıyam, ümüdvaram ki, xoş təsüratlarla geri qayıdacam.

Dərsliklərdə oxuduqları, televizorda gördükləri tarixi abidələrin, mədəniyyət ocaqlarının, adət və ənənələrin, gedən sosial-iqtisdi inkişafın şagirdlər bu ekskursiya zamanı canlı şahidi olacaqlar. Bununla həm vaxtlarını səmərəli keçirəcəklər, hən dünyagörüşünün formalaşması gedəcək, həm də özlərinə yeni dostlar qazanacaqlar. Sadalananlara nail olmaqda məktəblilərə təhkim edilən tur rəhbərləri kömək edəcək.

Arzu Kərimov - tur rəhbəri: Məktəbdə öyrəndikləri nəzəri bilikləri həmin yerlərdə praktiki olaraq həyata keçirəcəklər. düşünürəm ki, bu layihə gənclərin gələcək inkişafında, onların dünya görüşünün formalaşmasında və bir şəxsiyyət kimi formalaşmaqlarında daha böyük rol oynayacaq.

Gəncə məktəblilərinin şimal-qərb bölgəsi ilə tanışlığı 15-18 mart tarixlərini əhatə edəcək. Eləcə də tur aksiya çərçivəsində sabah respublikanın 6 şəhər və rayonundan olan şagirdlər Gəncə ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.