Tesla şirkəti öz avtomobilləri üçün “it rejimi” proqram təminatını tətbiq etməyə başlayıb. Onun həyata keçirilməsinə İlon Maskdan Model 3 sahibləri xahiş ediblər. Bu rejim avtomobilin salonunda olan itləri istidən qorumaq üçündür. Onu aktivləşdirərkən qapılar və pəncərələr bağlanır, audiosistem və klimat-kontrol isə işləməkdə davam edir. Multimedia kompleksinin ekranında ətrafdan keçənlər üçün salondakı temperatur yazılır və belə bir qeyd də olur: “Mən yaxşıyam, sahibim tezliklə qayıdacaq”. Əgər elektrokarın akkumlyatorun enerjisi 20 faizə düşərsə maşın sahibinin smartfonuna bildiriş gəlir.
- Baxış: 714