Oppo şirkəti F11 Pro adlı smartfon nümayiş etdirib. Aparat orta qiymət kateqoriyasına aiddir. Korpusdan sürüşdürülə bilən kameraya malik mobil cihaz Çin istehsalçısının gələcək modellərinin belə olacağına işarə vurur. Güman edilir ki, Oppo şirkətinin növbəti flaqmanı OnePlus 7-da bu tipdə olacaq. Yeni smartfon 6,54 düymlük 1080p ekran, MediaTek Helio P70 prosessoru, 4 və ya 6 qiqabayt operativ yaddaş və sürətli enerji yığmanı dəstəkləyən 4000 mAs həcmli batareya ilə təmin olunub. Aparatın arxasında barmaq izlərini tanıyan skaner quraşdırılıb. Qulaqcıqlar üçün 3,5 mm audio dəlik, eləcə də microUSB-port yerindədir. Halbuki bunlar adətən ən son smartfonlarda artıq tətbiq olunmur. Sürüşdürülən qarşı kamera korpusun mərkəzində yerləşdirilib. 16 meqapiksel obyektiv, Vivo V15 Pro-da olan 48 mp fotomoduldan daha az yer tutur. F11 Pro-nun qiyməti hələlik açıqlanmır. İlk olaraq o, Hindistanda satışa çıxarılacaq. Daha sonra Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrikada peyda olacaq.
- Baxış: 681