• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 14.03.2019 12:30

Gəncədə bərbad küçələr abadlaşır

KepezTV Player

Uzunluğu 4 kilometrə yaxın olan Eminbəyli küçəsi. Bir neçə il bundan öncə qaz xəttinin yenilənməsindən sonra nəqliyyat vasitələri və piyadaların hərəkətini çətinləşdirən bu yol həm də su-kanalizasiya sisteminin yenilənməsi ilə yararsız vəziyyətdədir.

Uzun illərdir ki, Eminbəyli küçəsində yolun həddindən artıq bərbad vəziyyətdə olması, bu yoldan istifadə edən fərdi və içtimai nəqliyyat vasitələri üçün əsl problemə çevrilirdi. Bunula yanaşı küçə boyu mövcud olan kanalizasiya və su xəttləri quyularını ağzılarını bu formada açıq olması da bu yoldan istifadə edən piyda və sürücülər üçündə təhlükə doğururdu.

Görünür, sakinlərin illərdir həsrətində olduğu abad yol arzusu gerçəkləşmək üzrədir. Bunu əraziyə cəlb edilən texnikalardan da görmək mümkündür. Küçənin asfaltlanması üçün hazırlıqlar gedir. Yolun alt qatı işlənir, bardürlər düzülür, mövcud komunikasiya xəttləri təmir olunur.

Vahid Səttaroğlu sakin: Bizim bu küçə çox işlək küçədir. Bu yolla məktəbə, iş yerinə gedib-gələn var çox əziyyət çəkirlər. İçtimai nəqliyyat sarıdan da çətinliklərimiz var. Əvvələr bu küçədən 4 içtimai nəqliyyat vasitəsi işləyirdi müxtəlif istiqamətlərə,  yol pisdir deyə indi heç biridə işləmir.

Zahid Həsənov sakin: Küçəmiz son dövürlərdə çox bərbad vəziyyətdə idi. Çətinliklərimiz çox idi. Əsasəndə kanalizasiya xəttləri daşırdı yol pis günə düşürdü. Düzəltdilər, indidə sağolsunlar asfalt çəkməyə hazırlaşdırlar. Bundan sonrada nəqliyyatın hərəkətidə də nizama düşəcəkdir.

Prezident İlham Əliyevin Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə imzaladığı sərəncam kələ-kötür, eləcə də qaranlıq küçələrlə hərəkəti asanlaşdıracaq. Çünki yolların abadlaşdırılması su-kanalizasiya xəttlərinin çəkilişi yekunlaşan bütün küçələri əhatə edir. Fətəli xan Xoyski, Cumhuriyyət, Üzeyir Hacibəyov, Molla Pənah Vaqif küçələri və onlarıa kəsişən küçə və dalanlarda asfaltsalma üçün işlər yekunlaşmaq üzrədir.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Yaxın zamanlarda Gülüstan və digər yaşayış massivlərində nümunəvi məhəllərin yaradılması da nəzərdə tutulur. Bu məqsədlərdə həmin küçədaxili yollar təmir olunur. Qeyd edim ki, bizim 900-dən artıq küçəmizdə işqılandırma sistemi yoxdur. Mövcud sərəncamın icarsı ilə əlaqədar olaraq küçələrində işıqlandırma sistemi qurulacaqdır.

Aparılan işlər çərçivəsində nəqliyyatın daha çox intensiv olduğu Təbriz küçəsində də mövcud olan qəzalı ağaclar budanır, yol kənarlarına yeni, qənaətçil və daha çox işıqlanma gücünə malik gecə işqlandırma dirəkləri quraşdırılır.