Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			14.03.2019 00:05		
		Sumqayıtdan Şəmkirə yas yerinə gələn ər və arvadı avtomobil vurub
KepezTV Player
					  
					  					  				Şəmkir rayonun da ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Bakı-Qazax avtomagistral yolunun rayonun Sabir kəndindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakinləri 77 yaşlı Çingiz Hacıyev və onun həyat yoldaşı 68 yaşlı Tinatin Heydərov avtobusdan düşüb yolu keçmək istərkən hərəkətdə olan avtomobil onları vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların vəziyyətləri ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə göndərilib. Çingiz Hacıyev və Tinatin Heydərov Sabir kəndinə yaxın qohumlarının yas yerinə gəliblərmiş. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 974

