• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 13.03.2019 19:05

Fiziki şəxslər üçün akkreditasiya qaydaları müəyyən edilməlidir

KepezTV Player

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Elm və Təhsil komitəsində üçüncü oxunuşda qəbul olunub və plenar iclasa təqdim edilməsi üçün tövsiyə olunub. İclasda 9 digər məsələ də müzkirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsi təhsilin təkmilləşdirilməsinə xidmət edəcək. Komitədə Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi də təklif olunub. Komitənin üzvü Sona Əliyeva bildirib ki, regionlarda məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər var. Həmin şəxslər vergi qeydiyyatından keçsələr də, onlar üçün lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Digər təklif olunan məsələ isə autizimli uşaqlarla bağlı olub. Bildirilib ki, Azərbaycanda təhsildən kənarda qalan 6 minə yaxın autizmli uşaq var ki, onlar inklüziv təhsilə cəlb olunmalıdırlar.