Qazaxda “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib. Millət vəkilləri və elm adamları, təhsil nazirliyinin nümayədələrinin iştirak etdiyi tədbir maraqlı anlarla yadda qalıb. izləyək.
Novruz mühazirəsi Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə tədbirin keçirildiyi Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin həyətində 100 ədəd meyvə ağacının əkilməsi ilə başlayıb. Seminariyanın elm və təhsilin inkişafındakı rolu, Qazaxın tarixən maarifçilik ənənələri ilə tanındığı vurğulanıb. Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamı təhsilə verilən dəyər kimi qiymətləndirilib.
Cəsarət Valehov - Təhsil Nazirliyinin ictimayyətlə əlaqələr sektorunun müdiri: Hədəf ondan ibarətdir ki, biz azərbaycan tarixini azərbaycan mədəniyyətinin bu və ya digər hadisələrini məhz Novruz günlərində bir daha dərk edək bir daha bu proseslərə nəzər yetirək və bunun tarixi əhəmiyyəti ilə bağlı xüsusi düşünək.
Tədbirdə Qazaxda təhsilin inkişafının bu günkü səviyyəsindən də söz açılıb və seminariyanın ənənələrinin yaşadıldığıönə çəkilib. Xüsusən də kəndlərdə savadsızlığın aradan qaldırılması, qızların təhsil almağa yönəlməsi kimi əhəmiyyətli məqamlara toxunulub. Akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.
Nizami Cəfərov - millət vəkili: Təhsilimizin tarixində Qazax Müəllimlər seminariyasının oynadığı rol cənab prezidentin göstərişi ilə onun xüsusi sərəncamı ilə daha çox tanınacaq. Həm təhslimizə həm məədniyyətimizə elmimizə ziyalılığımıza öz təsirini göstərəcək. Çünki bu böyük bir təhsildir. Bu bizim ilk ana dilli məktəbimzidir.
“Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim olunub. Mühazirə iştirakçıları həmçinin seminariyanın ilk binası ilə tanış olublar. Binanın yaxın vaxtlarda restavrasiya ediləcəyi bildirilib. Tədbir çərçivəsində bayram tonaqalı çatılıb. Milli adət və ənənələrimizə uyğun bayatılar söylənilib, el havaları səsləndiriblər.
Natiq Hüseyn
- Baxış: 367