Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.03.2019 16:05
Tövlə yandı, mal-qara tələf oldu
KepezTV Player
Tovuz rayonunda tövlə yanıb. Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Vuqar Nəsibova məxsus yaşayış evinə bitişik olan tövlədə baş vermiş yanğın nəticəsində 2 iri buynuzlu heyvan və 3 buzov tələf olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Tövlə və yaxınlıqdakı ot tayası yanaraq külə dönüb. Tövləyə bitişik olan ev yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 685
