Gəncədə uşaq evinin xidmətçi xanımları və zərif cinsin təmsilçiləri olan sakinləri 8 mart bayramı münasibəti ilə təbrik edilib. Şəhər İcra hakimiyyətinin təşəbbüsü və Montessori uşaqlar üçün cənnət mərkəzinin təşkilatçəlığı ilə reallaşan görüşdə dünyada bayram ediləm və özəl əlamətdar gün kimi tarixə düşən 8 martın Azərbaycan qadınları üçün də əziz olduğu vurğulanıb. Xüsusilə ata-ana nəvazişində məhrum olan uşaqlara doğmalıq qayğısı göstərən və onlara valideyn əvəzi olan uşaq evinin tərbiyyəçilərinin zəhməti yüksək qiymətləndirilib. Burada gələcək nəslin nümayəndələri kimi yetişən uşaqların, xüsusən də qızların vətənpərvər və milli dəyərlərə sadiq ruhda böyüyərək layiqli vərəndaş olmalarının əhəmiyyəti vurğulanıb. Tədbirin gedişində uşaq evinin qadın əməkdaşlarına və sakinlərinə hədiyyələr təqdim edilib. Uşaqlar da bayram münasibəti ilə hazırladıqları səhnəciklər, musiqi nömrələri, rəqslər, söylədikləri şerlərlə bayram tədbirini daha da rəngarəng ediblər.
- Baxış: 1278