• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 08.03.2019 10:03

Volvo Androidlə işləyən elektrikli sedanını təqdim etdi

İsveçin Volvo şirkəti Polestar brendi altında özünün ilk elektrikli sedanını nümayiş elətdirib. Polestar 2 adlı maşın Tesla Model 3-ə layiqli rəqib olacağı gözlənilir. Çünki o, bir dəfəlik enerjilə təxminən 443 kilometr məsafə qət edə bilir. Onun 78 kVt/saatlıq akkumlyatoru bütün alt hissəsini tutur. Tam ötürücülü sedan 408 at gücündədir. Bu güc iki elektromotorun hesabınadır. 0-dan 100 km/saat sürəti maşın 5 saniyədən də az yığır. Polestar 2 2020-ci ildən satışa çıxacaq. Modelin baza qiyməti €39 900, maksimal komplektasiyada isə €59 900-dur. Müqayisə üçün qeyd etmək olar ki, Tesla Model 3 bir dəfəlik maksimum 420 kilometr gedə bilir. Ən bahalı versiyasının qiyməti isə $70 000-a bərabərdir. Polestar 2-ə gəldikdə onun salonunda Android əsasında 11 düymlük taçskrin ekranı olan əyləncəli informasiya sistemi quraşdırılıb. Bir çox müasir funksiyalara malik Polestar 2 ilk olaraq Çin, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, İsveç və Belçikada satılacaq.