Yaponiyanın ənənələrinə bağlılığıyla bilinən Kyoto şəhərində 400 illik bir məbədə gənc şagirdlərə tövsiyələr vermək üçün bir robota verilib. 400 illik bir buddist məbədində Buddanın təlimlərini gənc nəsillə paylaşma vəzifəsi bir robota aiddir. Kyoto məbədindəki robotun adı Kannon-dur. Android Kannon ənənəvi Buddist mərhəmət tanrısı simasında yaradılıb. Şənbə günü Kodaiji məbədində ilk xütbəni səsləndirən robot mart ayında xalqa açıq çəkildə səsləndirməyə başlayacaq. 900.000 dollardan çox büdcəyə ərsəyə gələn robot Zen məbədinin və Osaka Universitetindən ağıllı robotlar professoru Hiroshi Ishiguro-nun ortaq çalışmasıdır. Rahib Tensho Goto bu robot sayəsində budda təliminin müasir insanlara daha rahat formada çatdırılmasınayardımçı olacağını vurğulayıb.
Buddizm inancına görə, mərhəmət tanrısı Kannon insanlara kömək etmək üçün dərhal forma dəyişdirə bilir. Android Kannon da sonuncu təcəssümü olaraq görülür.
196 sm hündür robot bədənini, qolunu və başını hərəkət etdirə bilər. Robotun silikonla örtülmüş hissələri də əllər, üz və çiyindir. Robotun sol gözündə isə bir kamera var.
- Baxış: 572