• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 07.03.2019 19:51

"Kəpəz" doğma meydanda növbəti dəfə xalsız qalıb

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 18-ci tura start verilib. Tur çərçivəsində “Kəpəz” doğma publika qarşısında “Sabah-2”ni qəbul edib. Görüşdə ev sahibləri daha fəal olsa da, yekunda qonaqlar qələbəni bayram ediblər. Bakılıların heyətində 86-cı dəqiqədə yeganə qolu Eldost Qiyasbəyli vuraraq komandasına 3 xal qazandırıb. Bu qələbəylə paytaxt klubu 1 pillə irəliləyərək 7 sıraya yüksəlib. 11-ci yerdə qərarlaşan gəncəlilərin mövqeyi isə dəyişməz qalıb.

Orxan Cəfərzadə