• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 07.03.2019 15:32

Turan Bayramov gənclər arasında debüt edəcək

KepezTV Player

Ötən il yeniyetmələr arasında Avropa və dünya çempionu, həmçinin olimpiya oyunlarının baş mükafatını qazanan gəncəli sərbəst güləşçi Turan Bayramov bu il ilk sınağına çıxacaq. Perspektivli güləşçi millinin tərkibində Serbiyanın Novi Sad şəhərində keçiriləcək 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yollanıb. Kişilər arasında son Azərbaycan çempionatının  qalibi olan yeniyetmə güləşçi gənclər kateqoriyasında debüt edəcək. Bayramov bu yarışda özünü ən yaxşı tərəfdən göstərsə, gələcəkdə kişilərdən ibarət yığmanın qatılacağı yarışlarda da heyətə çağırıla bilər. Sonda qeyd edək ki, 23 yaşadək sərbəst güləşçilərin qitə yarışı martın 8-dən 10-dək davam edəcək.

Orxan Cəfərzadə