KepezTV Player
Sabah 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Martın 8-i 17-si tarixləri aralığında Rusiyanın Vladiqafqaz şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək. Yığmamızın məşqçilər korpusu qitə birinciliyində kişilərin mübarizəsində 8 çəkidə eyni sayda boksçuya şans verəcək ki, onlar arasında Gəncə boks məktəbinin yetirməsi Rüfət Hüseynov da var. Ən aşağı çəkidə - 49 kq-da döyüşəcək dəri əlcək ustası bu il qatılacağı yarışlara hazırlığın ilk mərhələsini yığma komanda ilə birgə Göygöldə keçirib. Rüfət yeniyetmələrin Olimpiya çempionu, kişilər arasında Avropa çempionatının bürünc mükafatçısıdır.
Orxan Cəfərzadə
- Baxış: 650