• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 07.03.2019 16:20

Abadlıq-quruculuq işləri davam edir

KepezTV Player

Kərim Musayev şəhər sakini: Yaşadığımız küçənin asfalt örtüyü bərbad vəziyyətdədir. Eyni zamanda işqılandırma sistemi yox səviyyəsindədir. Arzumuz budur ki, küçəmizə asfalt örtüyü salınsın və küçə işqılandırma işləri aparılsa daha yaxşı olar. Bu bir sakin kimi hamını ürəkdən sevindirər.

Hazırda Gəncədə mövcud 1131 küçə və prospektdən 908 küçədə gecə işıqlandırması yoxdur, bir o qədər küçənin asfalt örtüyü də ürəkaçan vəziyyətdə deyil. Mövcud sərəncamın icrası nəticəsində şəhərin küçə və prospektlərində  ümumilikdə 100 min kvadrat metr yolda asfaltsalma işləri aparılacaq.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini:Sərəncam bizə imkan verəcək ki, Gəncə şəhərində su-kanalizasiya layihəsinin başa çatdığı küçələrdə və digər yollarda asfalt işləri aparılsın. Həmçinin şəhərimizin yeni küçələrinin işıqlandırılması işləri aparılsın.

Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin küçə işqlandırma şöbəsinə məxsus olan bu nəqliyat vasitəsi 1970-ci illərdə istifadəyə verilib. Artıq uzun müddətdir ki, istismar olunan bu maşın heç bir texniki tələblərə cavab vermir. Ancaq bu günə kimi məcburiyyət əsasında istismar olunmaqda davam edir.

Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin qarajında 105-dən çox maşın və mexanizm olsa da onlardan 80 %-i istismar müddətini başa vurub. Bununla belə bu texnikalar gündəlik təmir olunaraq xəttə buraxılır.

Nəbi Əmirov sürücü: Bu vışqa maşınıda işləyirəm. Köhnə maşındır çox təhlükəlidir. Təzə texnika olsa bizdə yaxşı işləyərik, verilən tapşırıqda vaxtında yerinə yetirilər.

Ruflan Musayev Gəncə Şəhər MKTİB-nin avtoqarajının müdiri: Əsasən şəhərin təmizlik sahəsində texnika çatışmazlığımız var. Son illərdə 3 ədəd MAN alınıbdır bunun hesabına məişət tullantılarını daşınması yaxşı pis təmin olunur. Yerdə qalan texnikalarımız sovet dönəmindən qalan qismən yararlı QAZ 53 markalı avtomobillərdir. Başqa texnikalarımızda var ki, şəhər təsərrüfatında istifadə olunur eksqavator və kranlarımızda qismən yararlıdır.

Ayrılan vəsait hesabına alınacaq maşın və mexanizmlər, küçə işıqlandırması üçün istidadə olunacaq cihazlar yaradılan xüsusi komissiya tərəfindən aparılacaq məsləhətləşmələrin nəticəsi olaraq müəyyənləşəcək. İlkin mərələdə birliyin təmizlik şöbəsi üçün 45, işıqlandırma şöbəsi üçün 20, yaşıllaşdırma şöbəsi üçün isə 15 maşın və mexanizmin alınması planlaşdırılır.

Nizami Babayev Gəncə Şəhər MKTİB-nin rəis müavini:Hal-hazırda bunula bağlı işlər gedir. İş adamları və şirkətlərlə danışqılar aparılır. Çalışacağıq ki, alınacaq texnikalar qiymət baxımından və texniki baxımdan bizə səmərəli olsun. Yeni texnikalar alınandan sonra təmir üçün hər gün ayrılan vəsaitlərə qənaət olunacaq. Həm də işlər operativ şəkildə həyata keçiriləcəkdir.

Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəhər İcra Hakimiyyətinə küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.