• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 06.03.2019 20:22

Gəncə Dövlət Dram Teatrının maddi-texniki bazası yenilənəcək

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün ayrılan vəsaitdən Gəncə teatrına da pay düşüb. 124 illik tarixi olan Gəncə Dövlət Dram Teatrına ayrılan vəsait hansı istiqamətlər üzrə xərclənəcək və yeniliklər tamaşaçını teatra bağlayacaqmı? Suala əməkdaşımız Elnur Rzayev cavab axtarıb.

Gəncə Dövlət Dram Teatrında oynanılan səhnə əsərlərinin səsləri bu aparat vastəsi ilə idarə olunur. Artıq 20 ilə yaxındır ki, faəliyyət göstərən bu aparat öz istismar müddətini başa vurub. Məhz elə bunun nəticəsidir ki, səhnədə oynanılan tamaşalarda həmişə müəyyən problemlər əmələ gəlir.

Elşən Cəfərov - səs rejissoru: Sıradan çıxmaq üzrədir. Səslərdə istədiyimiz effetləri ala bilmirik.Səs gücləndiricilərimiz çox pis vəziyyətdədir, bərbaddır. Aparatlarda işləmir.

Teatr səhnəsinin pərdəsi və avadanlıqları, eləcə də zalda olan tamaşaçı oturacaqları da köhnəlib. Bundan başqa, səhnənin işıqlandırma sistemi də istənilən effekti almağa imkan vermir.

Kərim Məmmədov - işıqçı: Hardasa 30-35 ildir ki, bu aparatlar qurulubdur. İşıqdan istədiyimiz effektləri ala bilmirik. İşıq zəifdir ona görədə çətinlik çəkirik.

Ölkə başçısının sərəncamı ilə ayrılan vəsait məhz Gəncə Dövlət Dram Teatrının maddi-texniki bazasının yenilənməsinə yönəldiləcək.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Teatrın daxilində işıq eləcədə səs sistemi demək olar ki, bərbad vəziyyətdədir. Möhtərəm cənab prezidentin bu sərəncamı çox yerinə düşən bir sərəncam oldu. Biz çox sevinirik ki, həmin vəsait hesabına teatrımızda olan texniki avandanlıqların eləcədə tamaşalar üçün müəyyən gərəkli dekarasiyyaların alınması istiqamətində yönəldiləcəkdir.

44 nəfərlik yaradıcı heyəti olan teatrın bütün kollektivi dövlət başçısının bu diqqət və qayğısına öz minnətdarlığını gələcəkdə əməli işləri ilə də edəcəklər.

Vaqif Şərifov - Xalq artisti: Gözəl tamaşalar hazırlamalıyıq. Kollektivimizin gücünə inanıram və bunu hiss edirəm. İnanıram ki, biz bu 100 minin ləyaqətli cavabını verəcəyik. Yəni gözəl tamaşalar hazırlayacağıq. Mən bütün Gəncə ictimayyətini də Respublikamızda teatr sevərləridə əmin edirəm.

Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə mədəniyyət ocağının zəngin və qədim tarixindən danışılıb. 1895-ci ildə yaradılan teatrın əsas məqsədi maarifçilik ideyalarını təbliğ etmək olub. Fəaliyyət göstərdiyi illər ərzində neçə-neçə tamaşanın səhnələşdirildiyi Gəncə Dövlət Dram Teatrının Azərbaycan mədəniyyətində özünəməxsus yeri var.

 

Elnur Vahidoğlu