• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 06.03.2019 18:49

“Kəpəz” oyuna itkilərlə çıxacaq

KepezTV Player

Futbol üzrə I Divizonda XVIII turun görüşləri keçiriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda oyuna çıxacaq.

“Sarı-göylər” doğma meydanda “Sabah”in ikinci komandasını qəbul edəcək. Komanda oyun öncəsi son məşqinə bu gün matçın keçiriləcəyi arenada çıxıb. Təxminən 45 dəqiqə davam edən məşq prosesi yüngül xarakteri daşıyıb. Fubolçular məşqçilər korpusunun tapşırığına əsasən toplu çalışmalar üzərində işləyiblər. Ötən tur “Qaradağ Lökbatan” üzərində II dövrədə ilk qələbəsini qazanan “Kəpəz”in düşərgəsində yüksək əhval-ruhiyyə höksm sürür. 

“Kəpəz” qarşıdakı oyuna itkilərlə çıxacaq. Komandanın heyətində həm cəzalı həm də zədəli futbolçu var. Vitse-kapitan Qaraxan Əliyev sarı vərəqə limitini doldurduğundan oyuna tribunadan baxacaq. Əməliyyat olunan Nihat Verdiyevin isə müalicəsi hələ davam edir. Onların yoxluğunda “sarı-göylər”in digər üzvləri oyuna hazırdırlar.

“Kəpəz” – “Sabah 2” oyunu martın 7-də saat 15:00-da başlayacaq. Oyunun baş hakimi Vüqar Həsənli olacaq.

 

Azad Rəfi