KepezTV Player
Paytaxtda Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib. Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb, idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilib. Oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 26 ədəd parton aşkar edilərək maddi sübut kimi götürülüb. Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını deyib. Fakt üzrə açılan cinayət işinin istintaqı davam edir.
- Baxış: 670