5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Göygöldə kross yarışı baş tutub. Məktəblilər rayon mərkəzindəki Heydər Əliyev prospektindən Hummer küçəsinə qədər olan 2,5 km-lik məsafəni qət ediblər. Əlamətdar gün münasibətilə Gənclər mərkzəində rayon idmançıları ilə keçirilən görüşdə idmançılar təbrik edilib, ölkədə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Məhz dövlət qayğısı nəticəsində bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyi vurğulanıb. Çıxışlarda Göygöl rayonunda idmanın kütləviliyinə nail olmaq üçün yaradılan imkanlar yüksək qiymətləndirilib. Göygöl Olimpiya İdman Kompleksinin rayonda idmanının inkişafına xüsusi təkan verərək gənc idmançıların yetişməsində mühüm əhəmiyyət kəsb etdiyi önə çəkilib. Tədbirin sonunda veteran idmançılar və məşqçi-müəllimlər, respublika çempionları, beynəlxalq yarışlarda mükafat qazanan idmançılar rayon icra hakimiyyətinin xatirə hədiyyələri, eləcə də Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.
- Baxış: 640