• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 05.03.2019 15:44

Sağlamlıq aksiyası çərçivəsində 9 nəfər əməliyyat edilib

KepezTV Player

Əhalinin icbari dispanserizasiyası aksiyası başlayan gündən Göygöldə rayon üzrə müayinə olunanlardan 1320 nəfərə ambulator, 14-nə isə stasionar müalicə təyin edilib. Həmçinin 9 nəfər əməliyyat edilib, 2 nəfər isə müalicəsini davam etdirmək üçün paytaxt Bakıdakı ixtisaslaşmış xəstəxanalara göndəriş alıb. Ümumilikdə mayın 15-nə kimi Göygöl rayonu üzrə 46 min sakini Rayon Mərkəzi xəstəxanası ilə yanaşı 2 kənd xəstəxanası, 10 həkim ambulator məntəqəsi və 33 tibb məntəqəsində müayinədən keçirmək planlaşdırılıb. Bu günədək onlardan 8 minə yaxınını sağlamlıq vəziyyət yoxlanılıb.

Elmay Qocayev - sakin: Göygöl rayonun Yenizod kəndində yaşayıram. Qulağım ağrıdığı üçün gəldim yoxlatmağa. Sağ olsunlar yoxladılar, müalicəsini də yazdılar.

Mətanət Mehdiyeva - sakin: Təziyiqim var, həkimlərə müraciət elədim. Müayinə elədilər, indi yaxşıyam. Həkimlərdən çox razıyam.