• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 05.03.2019 15:37

Sabahdan Gəncə sakinləri qızılca-məxmərək əleyhinə peyvənd ediləcək

KepezTV Player

Sabahdan etibarən Gəncədə 20-40 yaş arasında sakinlərin qızılca-məxmərək əleyhinə peyvəndləməsinə başlanılacaq. Bunun üçün şəhərə 7 min doza vaksin gətirilib. Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olması nəzərə alınaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə 160 min doza vaksin gətirilib. Böyüklərin immunlaşdırılması məqsədilə Gigiyena və epidemiologiya mərkəzlərinə verilən peyvəndlərdən Gəncənin 5 poliklinikasında tətbiq ediləcək.

Almaz Tomuyeva - GEM-in şöbə müdiri: Hər bir poliklinikaya bölgü aparılıb. Əhalinin sayına uyğun olaraq biz ora vaksin vermişik. Demək olar ki, bütün lazımı tədbirlər həyata keçirilib. Bircə qalır ki, əhali könüllü şəkildə gəlib poliklinikalara müraciət edib vaksin vurdursun.