“Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib. Hər bir vətəndaş Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində "Problemli kreditlərin həllinə dair məlumat" bölməsində yerləşdirilmiş “Kalkulyator”a daxil olaraq müvafiq hissələrə lazımi məlumatı daxil etməklə alacağı güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Eləcə də problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyində Qaynar Xətt yaradılması nəzərdə tutulub. Qaynar Xəttə zənglər daxil olarkən operativ şəkildə cavablandırılacaq.
- Baxış: 849