Təhsil nazirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə qərb bölgəsində 11-ci respublika olimpiadasının bölgə üzrə ilkin mərhələsi keçirilib. Rus dili olimpiadasına Gəncə və Naftalan şəhərləri ilə yanaşı Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 325 şagird qatılıb. Azərbaycan və rus bölməsinin 7 və 8-ci sinif şagirdləri rus dili və ədəbiyyatından 20 sualı cavablandırıblar. Olimpiada iştiakçılarına rusiya səfirliyi tərəfindən iştiakçı sertifikatları verilib. Qaliblər Bakı şəhərində keçiriləcək final mərhələsinə qatılmaq hüququ əldə ediblər.
Valentin Denisov Rusiyanın Azərbaycandakı səfirinin müşaviri:“ Artıq bir neçə ildir ki, Azərbaycanda rus dili və ədəbiyyatı fənnləri ilə bağlı olimpiadalar keçirilir. Son üç gündə biz Ağstafada, Şəmkirdə və bu gün də Gəncə şəhərində rus dili olimpiadasını keçirdik. Məqsəd məktəblilər arasında rus dilinin təbliğ edilməsi və bu dilə marağın artırılmasıdır. Ümumi nəticələrdən razıyıq, qərb bölgəsində məktəblilər arasında rus dili fənninin yaxşı keçirilməsi və məktəblilərin rus dilini mənimsəməsi bizi sevindiri.
- Baxış: 955