Dövlət Baytarlıq Xidməti tərəfindən 2019-cu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun epizootiya əlehinə profilaktika işləri Gədəbəydə də davam etdirilir. Rayon baytarlıq idarəsinin əməkdaşları cari ilin birinci rübündə fərdi və fermer təsərrüfatlarında yetişdirilən 42 min iribuynuzlu, 2 min baş təkdırnaqlı heyvanlarda qarayara xəstəliyinə qarşı peyvənd olunub. 2645 sahibli ev itləri quduzluğa qarşı vaksin olunub. Bununla belə təhlükəli infeksion xəstəliklər sinifinə aid olan nodulyar dermatitə qarşı 8 min baş iribuynuzlu heyvan peyvənd olunub. Brüselyoz xəstəliyinə qarşı sereloji müayinələrin aparılması məqsədi 4 min baş iribuynuzludan qan nümunələri götürülərək Tovuz zona baytarlıq labaratoriyasına göndərilib. Hazırda rayon ərazisində 45 min 300 iribuynuzlu, 233 min xırdabuynuzlu heyvan saxlanılır. Aparılan profilaktik tədbirlər nəticəsində epizootik vəziyyət sabitdir.
Akif Məmmədov Gədəbəy Rayon Baytarlıq İdarəsinin rəisi:Biz ərazilərimizdə tədbirlərin aparılmasına dair lazımı elanlar vurmuşuq. Həmin elanlar əsasında tədbirlər davam etdirilir. Ola bilir ki, bir başqa kənd də baytarlıq həkimləri tədbir apararkən, başqa bir yaşayış məntəqəsində kiminsə heyvanı xəstələnir və həkimi tapa bilmir, rayon baytarlıq idarəsinə müraciət edən kimi, dərhal biz idarənin baş mütəxəsislərini və sahə həkimlərini oara göndəririk və həmin baytarlıq xidməti yüksək keyfiyyətlə aparılır.
- Baxış: 632