Kürdəmirdə vətəndaşa məxsus avtomobil və qaraj yanıb. Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb. 23 yaşlı Niyaməddin İsgəndərov atası Adil İsgəndərova məxsus VAZ 21011 markalı avtomaşını yuduqdan sonra həyətdəki dalanın altında saxlayıb. Gecə saat 2 radələrində onlar həyətdən gələn səsə oyanaraq avtomobilin və qarajın yandığını görüblər. Dərhal qonşuların köməkliyi ilə yanğını söndürüblər. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da avtomobil yanaraq külə dünüb. Hadisə yerinə Kürdəmir RPŞ-nin əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra məlum olacaq. Ev sahibləri iddia edirlər ki, maşını və qarajı qəsdən yandırıblar. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
- Baxış: 691