KepezTV Player
Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Ötən gün gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.Dava zamanı 20 yaşlı Möhübbət Vəlizadə, Abbas Zeynalov və Zili Əliyev bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb, 19 yaşlı Əhmədiyyə Rzayev isə döyülüb.1 saylı Klinik Tibbi Mərkəzə çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.
- Baxış: 835