KepezTV Player
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.Yuxarı Qarxun kəndi ərazisindən Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildiyi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.Məlumatla əlaqədar Yevlax rayon Polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 541