KepezTV Player
Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub. Gecə saatlarında polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib. Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 764