• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 27.02.2019 14:48

Beyrək Bağırov klublararası Avropa çempionatında iştirak edəcək

KepezTV Player

“Gədəbəy” Gənclər İdman Klubunun taekvandoçusu Beyrək Bağırov daha bir yarışda iştirak edəcək. O, bu dəfə Yunanıstanda dayanq üzərinə çıxacaq.

Sonuncu Azərbaycan çempionatının gümüş mükafatçısı olan Bağırov klublararası Avropa çempionatında qüvvəsini sınayacaq. Bu, 27 yaşlı idmançının cari ildə qatılacağı ikinci beynəlxalq turnir olacaq. Beyrək 2019-cu ilin ilk yarışında Türkiyədə “Prezident Kuboku”nda iştirak edib.

Beyrək Bağırovun qarşıdakı nüfuzlu yarışa hazırlığının əsas hissəsi Gəncədə olub. Fiziki məşqləri Gədəbəydə keçirən taekvandoçu taktiki və texniki yöndə Nizami yurdunda çalışıb. O, məşqçi kimi işlədiyi 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində hazırlaşıb.

Klubların Avropa çempionatı fevralın 28-i martın 3-ü tarixləri aralığında Saloniki şəhərində baş tutacaq. Yarışda qitənin müxtəlif ölkələrindən 1800 idmançı mükafatlar uğrunda mübarizə aparacaq. 80 kq çəki dərəcəsində döyüşəcək Beyrək Bağırov daha əvvəl iki dəfə bu yarışın iştirakçısı olub. 

Azad Rəfi