KepezTV Player
ABŞ-da ana və qızı ailənin digər üzvlərini qətlə yetiriblər. Pensilvaniya ştatının Morrisvil səmtində yerləşən binaya gələn polislər mənzildən 5 cəsəd tapıblar. Öldürülənlər arasında əkizlər də olub. Cinayətdə şübhəli kimi 45 yaşlı Şana Dekree və 19 yaşlı qızı Dominik saxlanılıb. Ana və qızı Şana Dekreenin övladları - 25 yaşlı Naira Smit, 13 yaşlı Deymon Dekree, eləcə də Şananın bacısı, 42 yaşlı Camil Kempel və onun 10 yaşlı əkiz qızları İmani və Eriki öldürməkdə təqsirləndirilirlər. Hadisəni törətməkdə təqsirləndirilən ana və qızı əvvəlcə cinayətin tanımadıqları şəxs tərəfindən törədildiyini bildirsələr də, sonradan əməllərini etiraf ediblər.
- Baxış: 397