• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 27.02.2019 10:02

Lamborghini Miura avtomobili bərpa olundu

Lamborghininin italyan markanın klassik avtomobillərini restavrasiya edən Polo Storico bölməsi Rétromobile Paris hərracında özünün son əl işini göstərib. Bu, bərpa olunmuş kupe Miura SV-dir. Maşın Beynəlxalq Avtomobil Federasiyanın prezindeti Jan Todtuya məxsusdur. 1972-ci ildə yığılan Lamborghini Miura SV-dəki 3673 nömrəsi 1968-ci ildə qəzada məhv olmuş Miura S-dən götürülüb. 1972-ci ilin sonunda kupe özünün ilk sahibinə - Cənubi Afrikadan olan pilot Artur Meçinə qovuşub. İndi olduğu kimi əvvəl də Miura Rosso Corsa rəng çalarları ilə bəzədilib və qızılı zolaqlarla uyğunlaşdırılıb. Daha sonra maşın Jan Todtuya qismət olub. Restavrasiya işləri 13 ay davam edib. Polo Storico mütəxəssisləri avtmobili tamamilə dəyişib, detalları yoxlayıb və işlək vəziyyətdə olduqlarına əmin olmağa çalışıblar. Bərpa olunmuş Lamborghini Miuranın açarları şəxsən şirkətin rəhbəri Stefano Domenikali tərəfindən təqdim olunub.