• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 27.02.2019 10:01

Yeni model insanabənzər robot smartfonlar istehsal edilib

Yaponiyanın Sharp korporasiyası RoBoHon insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni model əlavə edib. Hərəkət edə bilməyən ən ucuz versiyalardan birini 715 dollara almaq olar. Tokioda keçirilmiş təqdimatda elan edilib ki, hərəkət edə bilməyən model uşaqlı ailələr, hərəkət edən modellər isə biznes üçün nəzərdə tutulub.

Robofon hərəkət edə, danışa, rəqs edə bilən, eyni zamanda, adi smartfon kimi işləyə bilən kiçik insanabənzər robotdur. Robotun kürəyinə displey quraşdırılıb. Qurğuya videomüşahidə, şəkil mübadiləsi, Sharp Aquos Android TV "ağıllı" televizorları, kondisioner və başqa texnikanın idarəetməsi, həmçinin robotun hərəkətlərinin proqramlaşdırılması üçün 30 proqram (tezliklə onların sayı 46-dək çatdırılacaq) quraşdırılıb. RoBoHon biznes seqmentinə mağaza və muzeylərdə məhsulları təqdim edən konsultant kimi təklif edilir. Proqramlardan biri robotu yapon, ingilis, Çin və Koreya dillərində danışan poliqlota çevirməyə imkan verir. Cihaz Snapdragon 430 prosessoru, 2 QB əməli yaddaş, 16 QB fləş daşıyıcı, 8 meqapiksellik kamera ilə təchiz edilib. Robot daxili pikoproyektordan məhrum olunub. Ekranın ölçüsü 2-dən 2,6 düymədək böyüdülüb və Android sisteminin versiyası yenilənərək 8.1 olub. Aparatın LTE modulla olan versiyasının qiyməti təxminən 1628 dollar, Wi-Fi ilə olan versiyası 1085 dollar, hərəkət edə bilməyən modeldə isə 715 dollar təşkil edir.