• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 26.02.2019 14:17

Naftalanda məcburi köçkünlər tibbi müayinədən keçiriliblər

KepezTV Player

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naftalanda şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır. Məcburi köçkünləri müayinə etmək məqsədilə Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadasının öz işini yüksək səviyyədə yerinə yetirməsi üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Müayinəyə Naftalanda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər. Gün ərzində min nəfərdən artıq məcburi köçkün, eləcə də yerli əhali müayinə olunub. Bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib. Belə aksiyalar digər bölgələrdə də keçiriləcək.