Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımında anım tədbiri təşkil olunub. Tağım komandri Aqil Məmmədov erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının şəxsi heyətidə xocalı faciəsi qurbanlarını yad edib. Çıxış edənlər 27 il öncə Xocalıda baş verənlərə xronoloji ardıcılıqla nəzər yetirib. Erməni silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışan natiqlər dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərin isə dəhşətli işgəncələrə məruz qaldıqlarını bildiriblər. Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimizin, eləcə də Heydər Əliyev Fondunun bütün zəruri addımları atdığı qeyd edilib. Bu gün qarşıda duran mühüm vəzifələrdən birinin Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünyaya çatdırmaqdır. Anım mərasimində Xocalı faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələrinin vacibliyi vurğulanıb.
Natiq Hüseyn
- Baxış: 755